Yolu keçmək istəyən Röyanı maşın vurdu


22:40     03 Fevral 2018 piyada%20qadin.jpg

Sumqayıt şəhərində yolu keçmək istəyən 23 yaşlı qızı avtomobil vurub.


Hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt sakini, 1995-ci il təvəllüdlü Vəlizadə Röya İlqar qızı yaşadığı ərazidə mağazaya getmək üçün yolu keçmək istəyərkən qarşı tərəfdən sürətlə gələn avtomobil tərəfindən vurulub. Hadisə nəticəsində gənc qızın ayağı sınıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Hadisədən sonra sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır./Report

Açar sözlər: #Hadisə   #Sumqayıt   #Piyada   #Qəza  

Oxunub: 780