“Ayıq sürücü”nü yol polisi ilə birgə işləməkdə ittiham edirlər - VİDEO


01:38     04 Fevral 2018 2018/02/356dfte764656_1517679339.jpg

Sosial şəbəkələrdə yayılan bir görüntü ayıq sürücü xidməti göstərən şəxs və şirkətlərin yol polisi ilə əməkdaşlığı məsələsini gündəmə gətirib. Həm yol polisi, həm də ayıq sürücü şirkətləri məsələyə münasibət bildiriblər.


Yol polisi öncə yolayrıcına gəlir, sonda onu görməsinlər deyə avtomobili bir qədər geriyə sürür.

Femida.az bildirir ki, ayıq sürücünün idarə etdiyi avtomobil isə dayandıqdan və ayıq sürücü maşını tərk edib uzaqlaşandan dərhal sonra yol polisi həmin avtomobilə doğru hərəkət edir.

Bu görüntülər Bakıda bir binanın təhlükəsizlik kamerasına düşüb. Görüntü sosial şəbəkələrdə yol polisi ilə ayıq sürücü arasında işbirliyi olduğu iddiası ilə yayılıb. İddialara görə maşının sahibi ayıq sürücünü yola salandan sonra həyətdə maşını park etmək üçün sükan arxasına oturan kimi onu yol polisləri yaxalayıblar.



Femida.az

Açar sözlər: #sürücü   #polis  

Oxunub: 608