Azərbaycan kubokunun vaxtı dəyişəcək - Prezident seçkilərinə görə


16:19     05 Fevral 2018 big_1419494660_secki.jpg

Azərbaycan kubokunun təqvimində dəyişiklik ediləcək. Buna ölkədə növbədənkənar Prezident seçkilərinin elan edilməsi səbəb olub.


Belə ki, kubokda yarımfinal mərhələsinin ilk oyunları öncədən aprelin 11-nə planlaşdırılıb. Lakin həmin gün Prezident seçkiləri keçiriləcəyindən, Peşəkar Futbol Liqası təqvimdə dəyişiklik etmək məcburiyyətində qalacaq.

Bunu əməkdaşımızla söhbətində qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev də təsdiqləyib. O, bildirib ki, məsələ ilə bağlı müzakirə aparılacaq.

Qeyd edək ki, ölkə kubokunun yarımfinal mərhələsində “Qəbələ” “Neftçi” ilə, “Keşlə” isə “Sumqayıt”la qarşılaşacaq.

Femida.az

Açar sözlər: #Prezident   #Seçki   #Neftçi   #Keşlə  

Oxunub: 592