MSK bu həftə qərar verəcək - Seçkilərlə bağlı


17:03     05 Fevral 2018 msk07.jpg

Mərkəzi Seçki Komissiyası (MSK) bir həftədən gec olmayaraq növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək.


Femida.az xəbər verir ki, Konstitusiyanın 179.2-ci maddəsinə əsasən, prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyev Konstitusiyanın 179.1 maddəsini rəhbər tutaraq bu gün növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Femida.az

Açar sözlər: #MSK   #Sərəncam   #Prezident  

Oxunub: 510