Anjey Kaspşik Tərtərdə icra başçısı ilə görüşdü - FOTO
13:39 06 Fevral 2018
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
Femida.az-ın Report-a istinadən məlumatına görə, görüşdə cəbhədəki vəziyyət müzakirə olunub.
Qeyd edək ki, bu gün Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Martin Şuster keçirəcəklər.
Femida.az
Oxunub: 902
Oxşar xəbərlər
- Tərtər sakini qohumunu qətlə yetirib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- "Tərtər işi" ilə bağlı daha bir neçə nəfər həbs edilib - RƏSMİ
- "Tərtər işi" ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib
- "Tərtər işi" ilə bağlı hüquqşünas da saxlanıldı
- "Tərtər işi" üzrə 16 şəxs barəsində çıxarılan hökmlər ləğv edilib
- Baş Prokurorluq "Tərtər işi" ilə bağlı məlumat yaydı: Həbs edilənlər var - ADLAR
- Tərtərdə elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Tərtərdə qohumunu qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Tərtərdə silah-sursat aşkar edilib