Bakıda yük maşını “Ev alqı-satqısı ofisi”nə girdi


00:37     09 Fevral 2018 18_02_08_1518108065.jpg

Bakıda yük avtomobili ofisə girib.


Femida.az -ın APA-ya istinadən xəbərinə görə, Ramana-Maştağa yolunda sürətlə hərəkətdə olan “Shachman” markalı yük avtomobili dönmə əməliyyatını düzgün yerinə yetirməyərək yoldan çıxıb və binaya çırpılıb.

Xoşbəxtlikdən qəza baş verən an “Ev alqı-satqısı ofisi”ndə iş vaxtı başa çatdığından işçilər obyektdə olmayıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Sürücü təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis cəlb olunub, araşdırma aparılır.

Açar sözlər: #Qəza   #Sürücü   #Bakı  

Oxunub: 723