Tələbənin ölümünə səbəb olan qəzadan GÖRÜNTÜLƏR (VİDEO)
18:04 10 Fevral 2018
Astaranın Şahağacı kəndində tələbənin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Femida.az xəbər verir ki,"Mitsubishi-Pajero" markalı avtomobil hərəkətdə olarkən qarşısına uşaq çıxıb. Sürücü avtomobili yolun kənarındakı maneəyə çırpıb. Bu səbəbdən sürücü maneədən yayınmaq istəyib. Onun kənara çəkdiyi nəqliyyat vasitəsi dirəyə çırpılıb.
Nəticədə sərnişinlər 18 yaşlı Sahil Rüstəmov və onun həmyaşıdı Ağamoğlan Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, Sahil Rüstəmovun həyatını xilas etmək mümkün olmayıb. Ağamoğlan Cabbarovun vəziyyəti isə ağırdır.
Qeyd edək ki, Sahil Rüstəmov evin tək oğul övladı olub. Onun Bakıda yerləşən universitetlərdən birinin tələbəsi olduğu bildirilir.
Femida.az
Oxunub: 4304
Oxşar xəbərlər
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Ağır qəza: Ölənlər var
- Pakistanda hərbi helikopter qəzaya uğrayıb, 2 zabit, 4 əsgər ölüb
- Şəmkirdə avtomobil qəzası olub, bir ailənin 4 üzvü xəsarət alıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- İbrahim Tatlısəs yol qəzasına düşüb