6 məhkəmə sədrinin vəzifəsi aşağı salınıb - 20 hakim işdən çıxarıldı

6 məhkəmə sədrinin vəzifəsi aşağı salınıb - 20 hakim işdən çıxarıldı

11:18     14 Fevral 2018 kreslo%20isden%20cixarilib%20issiz.jpg

Prezident Administrasiyasına hüquq mühafizə və məhkəmə orqanlarının fəaliyyətinə dair daxil olan müraciətlərin sayı 2017-ci ildə xeyli azalıb.


Femida.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

Onun sözlərinə görə, 2017-ci ildə məhkəmə orqanlarının saflaşdırılması üçün ardıcıl tədbirlər görülmüş, Məhkəmə-Hüquq Şurası tərəfindən birinci instansiya və apellyasiya məhkəmələrinin 115 hakiminin fəaliyyəti prinsipial qiymətləndirilib, nöqsan və pozuntulara yol verdiyinə görə 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilib.

PA rəsmisi bidirib ki, Azərbaycan polisinin fəaliyyəti nəticəsində əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 271-dən 264-ə qədər azalıb:

“Dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə Qlobal Rəqabətlilik Hesabatı”na əsasən, Azərbaycan “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə irəliləyərək 137 ölkə arasında 54-cü yerə çıxıb. Ötən il daxili işlər orqanları tərəfindən 1028 cinayətkar qrup zərərsizləşdirilib, 944,5 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb, 175 tona yaxın qanunsuz əkilmiş çətənə və xaş-xaş kolu məhv edilib. Vətəndaşlara dəymiş maddi ziyanın ödənilməsi 14,5 faiz artaraq 84,9 faiz təşkil edib. Cinayətlərin ümumi sayı 2,7 faiz, yol-nəqliyyat hadisələri 8,6, qəzalarda ölənlərin sayı 1,2, xəsarət alanların sayı 14,2 faiz azalıb”.

Açar sözlər: #Prezident   #Administrasiya   #Hakim   #Polis  

Oxunub: 976