PKK geri çəkilir: “Atəşkəsə hazırıq”


00:20     16 Sentyabr 2015 karasu-hozat-aa.jpg

Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda və ölkə daxilində PKK terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatlar nəticəsini verməyə başlayıb.


Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-nın Qəndildəki liderlərindən olan Mustafa Karasu atəşkəsə hazır olduğunu bildirib.

Mustafa Karasu PKK-ya yaxınlığı ilə tanınan “Med Nuçe TV”yə açıqlamasında vasitəçilərin köməyi ilə müzakirələrə və demokratik həllə hazır olduqlarını söyləyib.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından verilən məlumata görə, Şimali İraqda PKK düşərgələrinin bombardman edilməsi nəticəsində terror təşkilatının silahlılarından üçdə ikisi öldürülüb.

Açar sözlər:

Oxunub: 1101