Britaniya “Azərkosmos”un imkanlarından istifadə edəcək


22:26     15 Fevral 2018 2018/02/img-20180215-wa0004-2_1518700158.jpg

Bu gün Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson “Azərkosmos” ASC-yə səfər edib.


“Azərkosmos” ASC-dən Femida.az-a verilən məlumata görə, səfər çərçivəsində B.Nikolson “Azərkosmos” ASC-nin nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı qonağa Azərkosmosun fəaliyyəti, idarəçiliyində olan peyklər və şirkətin gələcək planları barədə geniş məlumat verilib.

Görüşdə beynəlxalq və yerli bazarlara yüksəkkeyfiyyətli və rəqabətədavamlı peyk xidmətlərinin çıxarılması istiqamətində aparılan işlərə dair ətraflı müzakirələr aparılıb. Həmçinin, Azərbaycanın özünə məxsus peyk resurslarını regional və qlobal problemlərin həlli üçün Böyük Britaniyaya təqdim etmək və eyni məqsədlər üçün bu ölkənin peyk resurslarından istifadə etmək və beləcə dövlətlərarası qarşılıqlı münasibətlərin möhkəmlənməsi və inkişafına töhfə verə bilmək imkanlarından bəhs olunub. Görüş əsnasında Böyük Britaniyanın “Kosmik Agentliyi” və “Azərkosmos” arasında qurula biləcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

B.Nikolsona kosmik sahədə təcrübi elmi tədqiqatların aparılması məqsədilə “Azərkosmos” ASC-nin nəzdində qurulan Tədqiqat və İnkişaf Mərkəzi barəsində də məlumat verilib.

Femida.az

Açar sözlər: #Britaniya   #Azərkosmos  

Oxunub: 453