Türkmənistan Cənub Qaz Dəhlizinə qoşula bilər


23:08     15 Fevral 2018 2018/02/15186818573305656904_1000x669_1518701808_1518701917.jpg

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin IV iclası çox yüksək səviyyədə təşkil olunub. “Cənub Qaz Dəhlizi”ndə işlər əvvəlcədən proqnozlaşdırıldığı kimi gedir”. Femida.az xəbər verir ki, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.


Onun sözlərinə görə, 2018-ci ilin ortalarından Azərbaycan qazı Türkiyəyə, 2020-ci ildə isə Avropaya çatdırılacaq:

““Cənub Qaz Dəhlizi” layihəsi strateji əhəmiyyətə malikdir və bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edəcək layihələrdən biri olacaq. Biz çox məmnunuq ki, Bolqarıstan və Ruminiya interkollektorlar vasitəsilə bu layihəyə qoşulmağa qərar veriblər”.

O, qeyd edib ki, Avropa Maliyyə strukturları bu layihəyə maliyyə dəstəyi axtarır: “ “Məsələn TANAP layihəsinə ötən il Avropa Yenidənqurma Bankı tərəfindən 500 milyon, “Transaadrik” layihəsinə isə 1.5 milyard avro kredit ayrılıb. Bu isə bir daha Avropa İttifaqının bu layihələrə marağını göstərir”.

M.Şefçoviç Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması barədə sualı cavablandırarkən deyib: “Biz Türkmənistan hökumətinin rəhbərliyi ilə müntəzəm olaraq görüşlər, müzakirələr keçiririk. Biz hazırda Türkmənistan qazının Cənub Qaz layihəsi vasitəsilə Avropaya çatdırılmasını müzakirə edirik. Bu istiqamətdə Azərbaycan tərəfinin göstərdiyi səyləri də alqışlayırıq. Türkmənistan prezidentinin müşaviri də bugünkü görüşdə iştirak edirdi və biz bu istiqamətdə danışıqıar apardıq”.

Femida.az

Açar sözlər: #Türkmənistan   #TANAP  

Oxunub: 440