İlham Əliyev Liviya hökumətinin başçısını təbrik edib


22:05     16 Fevral 2018 ilham-eliyev1.jpg

Prezident İlham Əliyev Liviya Milli Barışıq Hökumətinin Başçısı Faiz Mustafa Al-Sərraca təbrik məktubu yazıb.


Femida.az xəbər verir ki, təbrikdə deyilir:

Zati-aliləri,

Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Liviya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Liviya xalqına sülh və tərəqqi diləyirəm.

Femida.az

Açar sözlər: #Liviya   #Məktub   #Prezident  

Oxunub: 461