İngiltərəli deputatlar Qətərə yollandılar


01:24     17 Fevral 2018 2018/02/1518780384_1518800192.jpg

Böyük Britaniya Parlamentinin nümayəndə heyəti Qətərə səfər edib.



Nümayəndə heyəti paytaxt Dohada Qətərin müdafiə işlərindən məsul dövlət naziri Xalid əl-Atiyyə ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, qarşılıqlı əlaqələr, iqtisadi razılaşmalar və təhlükəsizlik məsələləri müzakirə olunub.

Qətər Müdafiə Nazirliyi yaydığı məlumatda qeyd edir ki, hökumət qonaqları yüksək səviyyədə qəbul edib.

Femida.az

Açar sözlər: #Britaniya   #Parlament  

Oxunub: 396