Rəşad Sadiqov meydandan qovuldu – Rəqibin atasını söydüyü üçün (VİDEO)
23:58 18 Fevral 2018
“Sumqayıt” və “Neftçi” komandaları arasındakı keçirilən Azərbaycan Premyer Liqasının XVI tur matçı qalmaqalla yadda qalıb.
Femida.az xəbər verir ki, oyunun 59-cu dəqiqəsində baş verənlər “Kapital Bank Arena”dakı azarkeşləri özündən çıxarıb.
Top uğrunda mübarizə zamanı qonaq komandanın müdafiəçisi İlkin Qırtımovla meydan sahiblərinin hücumçusu Ehtiram Şahverdiyev toqquşub. Hasarın arxasında duran Ehtiram Şahverdiyevin atası Etibar Şahverdiyev isə epizoda sərt reaksiya verərək, Qırtımovun ünvanına söyüşlər yağdırmağa başlayıb. Baxmayaraq ki, baş hakim İnqilab Məmmədov bunadək Qırtımovu sarı vərəqə ilə cəzalandırmışdı.
Bu zaman əsəblərinə hakim ola bilməyən “Neftçi”nin digər futbolçusu Rəşad Sadiqov ata Şahverdiyevə nalayiq ifadə ilə cavab verib. Referi isə Sadiqovu qırmızı vərəqə ilə meydandan qovub.
“Sumqayıt”ın baş məşqçisi Samir Abbasov “Neftçi”nin ehtiyat oyunçular skamyası tərəfə gələrək, Ehtiram Şahverdiyevin atasına sərt şəkildə iradını çatdırıb. Polislər həmin şəxsi hasarın arxasından çətinliklə uzaqlaşdırıblar.
Qeyd edək ki, bu da oyunda yekun insident olmayıb. Oyundan əvvəl “Sumqayıt”ın prezidenti Kamran Quliyev “Neftçi”yə prezident təyin olunduğundan, prinsipial matçda Samir Abbasov da meydandan qovulub. O topa zərbə vurduğu üçün İnqilab Məmmədovun göstərişi ilə texniki zonadan uzaqlaşdırılıb.
Xatırladaq ki, görüşü “Sumqayıt” 2:0 hesabı ilə qalib başa vurub.
Oxunub: 2673
Oxşar xəbərlər
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Azərbaycanda futbolçu faciəvi şəkildə öldü-FOTO
- Ukraynada 16 yaşlı futbolçu anası ilə birgə öldürülüb
- Ukraynada ölən futbolçuya qəhrəman adı verilib
- Azərbaycan bayrağını təhqir edən erməni futbolçulara cinayət işi açılıb
- Gənc futbolçu silah və narkotik saxladığı üçün həbs olunub
- Azərbaycan çempionatında futbolçular arasında kütləvi dava düşüb
- Komada olan erməni futbolçu ölüb
- Azərbaycanda veteran futbolçu vəfat edib
- Əfqanıstanlı futbolçu ölkəni tərk etmək istəyərkən vəfat edib