Bakıda silahla gəzən kişi tutuldu


18:51     19 Fevral 2018 hebs%20edildi1.jpg

Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının qanunsuz odlu silah gəzdirmə faktı barədə əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini Orxan Nurməmmədov saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış “Revolver” tipli tapança və 1 ədəd patron aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.

Femida.az

Açar sözlər: #tapança   Bakı   #silah  

Oxunub: 633