Ucarda maşın kanala düşüb - Sürücü öldü


14:25     22 Fevral 2018 qeza_yeni.jpg

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə fevralın 21-də axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb. Ucar rayon Qaradağlı kənd sakini Vüsal Həşimov idarə etdiyi 61 BV 766 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı minik maşını idarəetmədən çıxaraq su kanalına düşüb. Hadisə nəticəsində sürücü V. Həşimov hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq Təhqiqat və Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəza   #Ucar  

Oxunub: 948