Deputatlığa namizədlərin sayı 665-ə çatdı


22:33     16 Sentyabr 2015 mezo201509012.jpg

“Milli Məclisə seçkilərdə iştirak etmək üçün indiyədək seçki dairələrinə 665 nəfər müraciət edib, onlardan 338 nəfərinin namizədliyi partiyalar, 25-i blok, 3 nəfər təşəbbüs qrupu tərəfindən irəli sürüb”.


Femida.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri qeyd edib ki, namizədliklərini irəli sürən şəxslərdən 508 nəfərinə imza vərəqi verilib.

M.Pənahov qeyd edib ki, Bu günə qədər MSK-da 95 nəfər müşahidəçi qeydə alıb. Onlardan 86 nəfər öz təşəbbüsü, 9 nəfər isə QHT təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçib.

Açar sözlər:

Oxunub: 667