Oğurladıqları mal-qaranı Bakıda satdılar
15:30 22 Fevral 2018
Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri zamanı rayonun ayrı-ayrı kəndlərindən vətəndaşlara məxsus mal-qaraları oğurlayan şəxslər saxlanılıb.
Femida.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Biləsuvar sakini Mirzəli Nuriyev Xırmandalı kəndində yerləşən fermasından ona məxsus 4 baş dananın oğurlanması ilə bağlı rayon polis şöbəsinə müraciət edib. Aparılan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törədən şəxslərin Biləsuvar rayonunun Bəydili kənd sakini Cavad Süleymanov və rayonun Zəhmədabad kənd sakini Əli Bağırov olduğu müəyyən edilib və hər iki şəxs saxlanılıb. Onlar heyvanları Maştağa bazarında 4600 manata satdıqlarını bildiriblər. Adıçəkilən şəxslərin həmçinin ayrı-ayrı vaxtlarda Biləsuvarın Əliabad kəndindən 1 baş, Zəhmədabad kəndindən 1 baş heyvanı da oğurladıqları məlum olub. Cavad Süleymanov və Əli Bağırov 6 baş heyvanı ümumilikdə 7100 manata satıb pulu aralarında bölüblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
Femida.az
Oxunub: 831
Oxşar xəbərlər
- Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
- Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
- Biləsuvarda avtomobil qaz xəttinə çırpılıb, bir kənd qazsız qalıb
- Biləsuvarda toyda dava edənlər pəncərədən yerə yıxılıb
- Biləsuvarda qəza törədərək qaçan sürücünün şəxsiyyəti məlum olub
- Biləsuvarda yol qəzasında xəsarət alan şəxs ölüb
- Biləsuvarda Cəbrayıl sakini intihar edib
- Biləsuvar Təhsil Kompleksinə yeni rəhbər təyin olunub
- Biləsuvarda kişi qonşusuna 8 bıçaq zərbəsi vurub
- Biləsuvarda 37 yaşlı kişi bıçaqlanıb