Nardaranda ağır qəza: ölən var


16:17     22 Fevral 2018

Nardaranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, fevralın 21-də saat 22 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsində Bakı şəhər sakini Həsən Əsgərov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən həmyerlisi Xeyrulla Abusalamovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Femida.az

Açar sözlər: #Nardaran   #xəstəxana  

Oxunub: 479