Piyadalar cəriməni ödəməsə, 60% artacaq
21:53 22 Fevral 2018
Piyadalar tərəfindən yol-hərəkəti qaydalarının pozulmasına görə cərimə 20 manatdır.
Lakin bu məbləğ vaxtında ödənilməzsə, sonradan ciddi problemlərə səbəb ola bilər.
Məsələ ilə bağlı açıqlama verən yol hərəkəti üzrə ekspert Ərşad Hüqeynov bildirib ki, qanun qüvvəyə mindikdən 1 ay sonra icra olunmazsa, üzərinə faiz gəlir:
“Məbləğ yalnız 60% artıb 32 manat ola bilər. Cərimə artdıqdan sonra yenə də icra olunmursa, İcra Haqqında Qanuna uyğun olaraq, Dövlət Yol Polisi işi icra məmurlarına yönləndirir. Düzdür, İnzibati Xətalar məcəlləsində yazılıb ki, həmin adamın işlədiyi iş yerə, pensiyaçıdırsa, pensiya verən orqana, tələbədirsə, təqaüd aldığı yerə göndərilir. Amma məhkəmə qərarı olmadan bu proses həyata keçirilə bilməz. Ona görə də, proses icra məmurlarına yönləndirilməlidir. İcra məmurları həmin şəxsləri çağırıb xəbərdarlıq edirlər. Bu zaman həmin şəxsin hesabından pul varsa, tutula, əmlakı siyahıya alına bilər. Amma məbləğ az olduğundan çox vaxt bu proseslər həyata keçirilmir. Qanunu pozan şəxs xəbərdarlıqdan dərhal sonra cəriməsini ödəyir”./matbuat.az
Femida.az
Oxunub: 982
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Suriyada vəbaya yoluxanların sayı 426-ya çatıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- İbrahim Tatlısəs yol qəzasına düşüb