Paytaxtda bu yol bağlanır


23:46     23 Fevral 2018 baki%20sumqayit%20alternativ%20yol.jpg

Yasamal rayonu Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq küçə boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

“Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - deyə məlumatda vurğulanıb.

Femida.az

Açar sözlər: #Yol   #Təmir  

Oxunub: 520