Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb


19:15     24 Fevral 2018 2015-04-29-15-07-19narkotik.jpg

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran İslam Respublikası vətəndaşının əl çantasındakı əşyalara baxış keçirilib.



Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən xəbərə görə, yoxlama zamanı üzərində "Rexona" yazısı olan antiperspirantın içərisindən, gömrük nəzarətindən gizlədilən, 4 ədəd selofan bükümdə xalis çəkisi 12,006 qram narkotik vasitə - tiryək aşkar edilib.

Açar sözlər:

Oxunub: 499