Rusiyadan Azərbaycana dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
14:21 16 İyun 2022
Dövlət Gömrük Komitəsi (DGK) Rusiyadan Azərbaycana gələn nəqliyyat vasitəsində dərman preparatları aşkarlayıb.
Femida.az-ın komitəyə istinadən verdiyi məlumata görə, DGK-nın Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Volvo” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.
Yoxlama zamanı avtomobilin kabinasında, yataq yerinin altındakı soyuducunun içərisində və əşyalar qoymaq üçün nəzərdə tutulan yerlərdə gömrük nəzarətinə bəyan edilməyən 300 ampul “Natriya Tiosulfat 10 ml” adlı dərman preparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 415
Oxşar xəbərlər
- Rusiyadan qayıdan kişi müəllim arvadını niyə öldürdü? - Zaqataladakı cinayətin təfərrüatı
- Rusiyadan Azərbaycana ekstradisiya edilən şəxsin məhkəməsi başlayır
- Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulur
- Rusiyadan Telman İsmayılovla bağlı yeni qərar
- Rusiyadan Azərbaycana ixrac olunan məhsullarda yoxlamalar aparılıb
- Rusiyadan idxal edilən toyuq ətində salmonella aşkarlanıb
- Rusiyadan Qarabağa minatəmizləyənlər gəlib
- Rusiyadan İrəvana sülhməramlılar gəlməkdə davam edir
- Rusiyadan Qarabağa sülhməramlıların olduğu daha 2 təyyarə yola düşüb
- Rusiyadan daha 440 nəfər Azərbaycana gətirilib