Boksçumuz yarımfinalda

Boksçumuz yarımfinalda

22:20     24 Fevral 2018 2018/02/boks_348578676_1519482152.jpg

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi "Strandja" turnirində 1/4 final mərhələsi başa çatıb.


Femida.az-ın məlumatına görə, Azərbaycan millisinin idmançısı Məsud Yusifzadə 69-cu dəfə keçirilən yarışın yarımfinalına vəsiqə əldə edib.

52 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 1/2 finala gedən yolda iranlı Reza Suleymanifardla üz-üzə gəlib.

Döyüş Yusifzadənin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

Qeyd edək ki, boksçumuz 1/2 finalda ukraynalı Dmitri Zamotayevlə döyüşəcək.

Femida.az

Açar sözlər: #Boks   #Bolqarıstan  

Oxunub: 393