Fransa Şengen vizasını ləğv edir


05:08     17 Sentyabr 2015 French-Tricolor-blue-sky.jpg

Fransa hökuməti Şengen vizasını aradan qaldıra bilər.


Femida.az xəbər verir ki, bu sözləri Fransa Baş naziri Manuel Valls miqrantlarla bağlı yeni təklifində bildirib.

Valls Avropanı təsiri altına alan miqrant böhranı qarşısında lazım olduğu təqdirdə Fransa sərhədlərində Şengen vizasının aradan qaldırılacağını, adi prosedor qaydalarına uyğun olaraq şəxsiyyət vəsiqələrinin yoxlanılacağı barədə xəbərdarlıq edib.

Baş nazir Şengen vizasının şərtlərində dəyişikliyin olacağı təqdirdə, üzv ölkələrə də fürsət veriləcəyini bildirib. Vals sərhədlərin qorunmasının vacibliyindən də danışaraq qeyd edib ki, gömrük polislərinin sayı artırılacaq və bu sahə üzrə əlavə 900 kadra da ehtiyac olacaq.

Açar sözlər:

Oxunub: 735