Fransada aeroportlar iflic oldu


18:06     10 Oktyabr 2017 teyyare_0241.jpg

Fransanın paytaxtı Parisdə və digər iri şəhərlərin hava limanlarında tətillə əlaqədar reyslərin üçdə bir hissəsi təxirə salınıb.


Femida.az xəbər verir ki, tətil Parisin Şarl de Qoll, Orli və Bove, eləcə də Lion, Nitsa, Marsel, Tuluza, Bordo və Nant şəhərlərinin hava limanlarının işinə təsir edib.

Qeyd edək ki, bu gün Fransada dövlət qulluqçularının - həkim, müəllim, mülki aviasiya işçilərin Fransa hökumətinin tədbirlərinə qarşı tətili keçirilir.

Tətil edənlər iş yerlərinin ixtisarına və müavinətlərin azaldılmasına etirazını bildirirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 712