Fransada daşqınlar gözlənilir
15:02 13 Sentyabr 2017
Fransanın şimal-şərqində, 7 departamentdə leysanla əlaqədar narıncı təhlükə səviyyəsi elan olunub.
Femida.az xəbər verir ki, "Meteo France" Milli Meteorologiya Təşkilatı güclü yağışların daşqınlara səbəb ola biləcəyini bəyan edib.
Sinoptiklərin xəbərdarlığı sabah saat 09:00-dək qüvvədə olacaq.
Xatırladaq ki, sentyabrın 10-da leysan İtaliyanın mərkəzi regionlarına ciddi ziyan vurub. Toskana vilayətində 8 nəfər daşqınların qurbanı olub, 15 min ailə zərər çəkib.
Femida.az
Oxunub: 776
Oxşar xəbərlər
- Fransada polis 6 nəfəri güllələyib
- Fransada aeroportlar iflic oldu
- Fransada meşə yanğınları qatarların yolunu kəsdi
- Fransada təhsil almış şəxsə 17 il HƏBS
- Fransada gərginlik: 370-ə yaxın insan saxlanıldı
- Fransada 7 terror aktının qarşısı alınıb
- Fransadan erməni vəhşiliyinə - Reaksiya
- Fransada fövqəladə vəziyyət ləğv olunur
- Fransada məscid qarşısında silahlı hücum
- Fransada yanğın: 4 ölü