Abşeronda ağır qəza - Ölən və yaralananlar var


22:54     24 Fevral 2018 qeza_yeni.jpg

Bakı-Quba yolunda ağır qəza olub.


Hadisə magistral yolun Abşeron rayonundan keçən hissəsində baş verib.

"Ford" markalı sərnişin avtobusu ilə "Mercedes" toqquşub. Nəticədə minik avtomobili yoldan çıxaraq aşıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Qəza zamanı ölən və yaralananların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Qəza   #Abşeron  

Oxunub: 994