Ermənistan baş nazirinin mühafizəçiləri qəza törətdi


18:01     26 Fevral 2018 2018/02/28383707_1783384931695341_1999394317_n_1519636695_1519639395.jpg

Ermənistanın paytaxtı İrəvanda baş nazir Karen Karapetyanın mühafizə xidmətinin avtomobili qəzaya düşüb.


Femida.az Shamshyan.com-a istinadən xəbər verir ki, hadisə təxminən saat 11 radələrində Myasnikanyan prospektində baş verib.
Qəza nəticəsində “Hyundai” və “Mercedes” markalı avtomobillər toqquşub, ölən və yaralanan yoxdur. Məlum olub ki, qəzaya düşən “Hyundai” markalı avtomobil hökumətin balansındadır və baş nazir Karen Karapetyana xidmət göstərir.

Qəza şahidlərinin sözlərinə görə, hadisəyə “Hyundai” maralı avtomobilin yüksək sürətdə döngəyə daxil olması səbəb olub. Hadisə yerinə gələn polis işçiləri dərhal “Hyundai” markalı avtomobilin nömrələrini çıxarıblar.

Femida.az

Açar sözlər: #Qəza   #Ermənistan   #Nazir  

Oxunub: 698