Dövlət Agentliyinə icraçı direktor təyin edildi


21:24     01 Mart 2018 18_03_01_1519910674.jpg

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə yeni rəhbər təyin edilib.

Femida.az Trend-ə istinadən bildirir ki, Orxan Məmmədov Agentliyin icraçı direktoru vəzifəsinə təyin olunub.

O.Məmmədov Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və Odlar Yurdu Universitetində biznes idarəçiliyi üzrə magistr dərəcəsi alıb, Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə və kredit ixtisası üzrə bitirib.

2005-ci ildə Xarici İşlər Nazirliyində referent, 2006-2007-ci illərdə Sənaye və Energetika Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsində aparıcı məsləhətçi, 2007-2018-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti və Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbələrində baş məsləhətçi, müdir müavini və müdir vəzifələrində çalışıb.

Rus və ingilis dillərini sərbəst bilir.

Qeyd edək ki, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi Azərbaycan Prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb.

Femida.az

Açar sözlər: #iqtisadiyyat   #agentlik   #təyinat   #Orxan_Məmmədov  

Oxunub: 1706