Orta məktəblərin statusu dəyişir - Layihə parlamentdə
16:15 03 Mart 2018
"Milli Məclisin Elm və Təhsil komitəsinin 2018-ci il qanunverici işlər planına "Orta ümumtəhsil məktəbləri haqqında” yeni qanun layihəsinin hazırlanması daxil edilib. Hesab edirəm ki, bu qanun layihəsi Azərbaycan təhsilinə öz müsbət töhfəsini verəcək”.
Femida.az xəbər verir ki, bunu AzEDU-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyil.
Deputat bildirib ki, yeni qanun layihəsində orta ümumtəhsil məktəblərinin statusu müəyyənləşəcək.
"Azərbayacanda gimnaziya, özəl, dövlət orta ümumtəhsil məktəbləri fəaliyyət göstərir. Yeni qanun layihəsində isə bunların statusu müəyyənləşəcək. Bu sənəddə həmçinin müəllim-şagird, müəllim-cəmiyyət münasibətləri öz əksini tapacaq. Bundan əlavə, yeni qanun layihəsində özəl ümumtəhsil məktəblər barədə xüsusi müddəalar olacaq”.
Femida.az
Oxunub: 1585
Oxşar xəbərlər
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Göygöldə itkin düşən məktəbli tapılıb
- Məktəblərdə “Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək - RƏSMİ
- Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
- Göyçayda məktəbli telefonu əlindən alındığı üçün intihar edib
- Şagird sayı 500-dək olan məktəblərə direktor təyinatına start verilib
- Azərbaycanda məktəb direktorlarının təyinatı qaydası dəyişib
- DİN Goranboyda məktəbə narkotik alüdəçilərinin toplaşdığı iddialarına münasibət bildirib
- Ötən gün məktəbi bitirən məzun çayda boğularaq ölüb
- Ağsuda "məktəbdə bomba var” deyən şəxsə cinayət işi başlanılıb