Avropa Parlamenti seçkiləri müşahidə etməyəcək
14:43 09 Mart 2018
Avropa Parlamenti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyəcək.
Femida.az-ın məlumatına görə, bu barədə Avropa Parlamentinin Demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri Makallister və Makavan bəyanat yayıb.
Bəyanatda deyilir ki, seçkiləri müşahidə etməyəcəyi üçün AP nə proses, nə də daha sonra elan olunacaq nəticələrlə bağlı şərh verəcək: “AP-nın heç bir üzvünə seçkiləri müşahidə etmək və seçki prosesini şərh etməklə bağlı mandat verilməyib. Buna görə də AP-nin hər hansı üzvü seçkiləri müşahidə edərsə, bunu öz təşəbbüsü ilə etmiş olacaq və bu halda o, AP-nin adından danışmamalı və ya fəaliyyət göstərməməlidir”.
Bəyanatda deyilir ki, Avropa Parlamenti Azərbaycanla münasibətlərinə dair yay tətilindən öncə plenar iclas zamanı hesabat qəbul edəcək və yalnız bu hesabat AP-nin bu məsələ ilə bağlı mövqeyini əks etdirəcək.
Femida.az
Oxunub: 1670
Oxşar xəbərlər
- Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək
- XİN: "Abxaziyadakı qondarma "seçkiləri" tanımırıq"
- Məzahir Pənahov boş deputat yerlərinə təkrar seçkilərdən danışıb
- Liviyada parlament seçkilər üçün yeni tarix tələb edib
- Qəddafinin oğlu Liviyada prezident seçkilərində iştirak etmək niyyətindədir
- Bolqarıstanda prezident və parlament seçkiləri keçirilir
- Gürcüstanda seçkilərin ikinci mərhələsi başa çatıb
- Özbəkistanda prezident seçkiləri başa çatıb
- Özbəkistandakı prezident seçkiləri baş tutmuş hesab olunub
- Bu gün İraqda növbədənkənar parlament seçkiləri keçiriləcək