Ermənilər Dilqəm və Şahbaza işgəncə verir - Vəkil təsdiqlədi
21:35 10 Mart 2018
Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin rəsmi internet saytında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülən azərbaycanlılar- Şahbaz Quliyev və Dilqəm Əsgərova işgəncələr verilməsi faktları göstərilib.
Dilqəm Əsgərovun vəkili Anar Bağırov bu məlumatları təsdiqləyib: "Onlara daim işgəncələr verilir. Bu yeni hadisə deyil və bizdə məlumatlar var. Bu məsələ ilə bağlı bütün məlumatlar mütəmadi olaraq Avropa İnsan Haqları Məhkəməsinə göndərilir. Bu cür məlumatlar bizə daxil olan kimi məhkəməyə göndəririk ki, işin baxılmasını tezləşdirsinlər".
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. (Trend)
Femida.az
Oxunub: 3039
Oxşar xəbərlər
- Dilqəm Quliyevə Prezidentin fərdi təqaüdü veriləcək
- Müahirəbənin başlamasını bilirdik, artilleriya səsləri yaxınlaşırdı - Dilqəm Əsgərov
- Dilqəm və Şahbaz erməni əsirliyində baş verənlərdən danışdı
- "Ordumuzun gəldiyini Şuşa türməsində eşitdim" - Dilqəm Əsgərov
- Dilqəm Əsgərov 6 ildən sonra evindədir - FOTO
- Dilqəm Əsgərov və Şahbaz Quliyev evə buraxılır
- Ailələri Dilqəm və Şahbazın evə qayıtmasını gözləyir
- Şahbaz Quliyev, Dilqəm Əsgərov və daha 12 nəfər vətənə gətirildi - RƏSMİ
- Şahbaz Quliyev və Dilqəm Əsgərov girovluqdan azad edildi - Bakıdadırlar
- Dilqəm Əsgərovla Şahbaz Quliyev qaytarıla bilər