Sürücülərə şad xəbər - Aeroport yolunda yeni tunel tikilir


14:31     12 Mart 2018 18_03_12_1520836287.jpg

Əraziyə cəlb edilən çoxlu sayda texnika ilə yeni tunel qazılır, bərkitmə işləri həyata keçirilir.

Femida.az xəbər verir ki, Ziya Bünyadov prospekti ilə Hava limanı yolunu birləşdirəcək yeni tunelin inşası davam etdirilir. Artıq yolun hər iki tərəfindən tunel qazılıb əsas işlər Hava limanı yolunun altında qalıb.

Hazırda bu ərazidə yolun iki zolaqı bağlanılıb və bu yerdə tunel qazılaraq üstü örtülür. Növbəti mərhələdə bu zolaqlar istifadəyə veriləcək və digər zolaqlarda hərəkət bağlanacaq.

Bundan başqa Zabrat istiqamətinə dönən avtomobillərin tuneldən çıxacaq maşınlara mane olmaması üçün yeni yolda salınır.

Həm yolun həm də tunelin istifadəyə veriləcəyi vaxt da bəllidir.

Femida.az

Açar sözlər: #yol   #sürücü   #hava_limanı  

Oxunub: 1213