Sürücülərin diqqətinə: Bu yollarda sürət həddi endirildi


16:10     12 Mart 2018 2018/03/29177054_344420572714565_5589007853856751616_n-1520842194_1520842582.jpg

Martın 11-i axşam saatlarından başlayaraq müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.


Femida.az xəbər verir ki, bu brədə Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev bildirib.

M.Ağayev qeyd edib ki, elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub.

"Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər. Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq" - deyə BNA rəsmisi vurğulayıb.

Femida.az

Açar sözlər: #Yol   #Hərəkət   #Sürət   #Sürücü  

Oxunub: 654