Daşkəsəndə cinayətkar dəstə tutuldu


16:38     12 Mart 2018 ogrular-hebs23.jpg

Daşkəsəndə oğurluqla məşğul olan bir neçə nəfərdən ibarət dəstə zərərsizləşdirilib.


Femida.az-ın verdiyi məlumata görə, Daşkəsən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il rayonun mərkəzi poçtundan bağlamaları oğurlayan 3 nəfər, rayonun Qazaxyolçular kənd sakinləri 1987-ci il təvəllüdlü Amid Bağırov, 1991-ci il təvəllüdlü Samir Namazov və 1997-ci il təvəllüdlü Ədil Məmmədov saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri yaşadıqları kənddə iki evin hər birindən dəyəri 800 manat olan məişət və ev əşyaları, rayon mərkəzində olan iki mağazanın hər birindən 1000 manat dəyərində əşyalar, ərzaq və danışıq kartları oğurlayıblar. Həmçinin onlar Xoşbulaq kəndində olan bir neçə evdən də məişət əşyaları aparıblar.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Oğurluq   #Cinayət   #Həbs   #poçt  

Oxunub: 684