Xaricdən mal gətirənlərin işi asanlaşdı
19:40 13 Mart 2018
"Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nda dəyişikliklər edilib.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasından (ASK) Femida.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, hüquqi və fiziki şəxslər idxal müqavilələri üzrə ölkəyə idxalı təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi 180 gün deyil, 270 gün müddətində banka təqdim etməlidirlər.
Bundan əvvəl avans yolu ilə ödənişin aparıldığı gündən bu müddət 180 gün idi. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda həmin şəxsə qarşı cərimə tətbiq olunurdu. Bəzi hallarda sahibkarlar obyektiv səbəblər üzündən ödənişin aparıldığı gündən 180 gün müddətində malların ölkəyə idxalını həyata keçirə bilmirdi və onların barəsində cərimə formasında inzibati tənbeh tədbiri seçilirdi.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası sahibkarlar tərəfindən daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq ötən ay "Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nda dəyişikliklərin edilməsini aidiyyəti dövlət qurumlarına təklif etmişdi. Təkliflərdən biri də "Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"nda 4.3.1.3. maddəsində nəzərdə tutulmuş 180 gün müddətinin artırılması ilə bağlı idi.
Femida.az
Oxunub: 4470
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycan MN: "Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"
- Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
- XİN: "Azərbaycan səfirliklərinin hücuma məruz qaldığı ölkələrə ismarışlar göndərilib"
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Azərbaycan Ordusunun əsgəri vəfat edib