Azərbaycanlı futbolçular toyda içdilər, oyuna getmədilər


19:59     13 Mart 2018 18_03_13_1520942322.jpg

AFFA-nın keçirdiyi Region Liqasının “Oğuz” – “Şirvan” (Ağdaş) matçının təxirə salınmasının səbəbi bilinib.

Femida.az xəbər verir ki, səbəb Ağdaş komandasının bəzi oyunçularının zəhərlənməsi olub.

Femida.az xəbər verir ki, bu barədə Oxu.Az-a komandanın kapitanı Rəhman Əliyev bildirib:

“Oyundan bir gün əvvəl bəzi futbolçularımız toy məclisində iştirak etmişdi. Onlar orada həddindən çox spirtli içki qəbul etdiklərinə görə özlərini pis hiss etmişdilər.

Buna görə onların bir gün sonra oyun üçün Oğuza getməsi mümkünsüz idi. Komandada soyuqlayan futbolçular da vardı. Buna görə AFFA-ya yazılı şəkildə müraciət edib, oyunumuzun təxirə salınmasını xahiş etdik. Onlar da sağ olsun ki, bu xahişimizi dəyərləndilər”.

Qeyd edək ki, bu matç martın 25-də keçiriləcək.

Femida.az

Açar sözlər: #futbol   #içki   #toy   #Ağdaş  

Oxunub: 2190