“Azərbaycanı müsbət bir örnək kimi göstərməliyik” - Rumıniyanın baş naziri


15:47     15 Mart 2018 2018/03/dnecile_1521100199.jpg

"İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində Rumıniyanın baş naziri Viorika Dençilenin müraciəti oxunub.


Femida.az-ın məlumatına görə, müraciət Rumıniya baş nazirinin müavini Ana Birçall oxuyub.

Rumıniya baş naziri müraciətində bildirib ki, Qlobal Bakı Forumunda qlobal gündəlikdəki aktual məsələlər müzakirə olunur: "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması cəmiyyətlərin inkişafı üçün vacib məsələdir. Bu il həm Rumıniya, həm də Azərbaycan ilk demokratik respublikalarının qurulmasının 100 illiyini qeyd edir. Həm Rumıniya, həm də Azərbaycan qadınlara səsvermə hüququ verən ilk ölkələrdəndir. Müasir dövrdə cəmiyyətlərdə inklüzivliyi artırmaq vacibdir və yeni nəslə də bunu aşılamaq gərəkdir ".

V. Dençile qeyd edib ki, Azərbaycan Şərqlə Qərb arasında körpü olaraq tolerant ölkə kimi mühüm rol oynayır: “Azərbaycanı müsbət bir örnək kimi göstərməliyik”.

Femida.az

Açar sözlər: #Rumıniya   #Nazir   #Forum  

Oxunub: 617