Bu sahədə çalışan işçilərin orta aylıq maaşı 519 manat oldu


19:40     15 Mart 2018 18_03_15_1521113931.jpg


2018-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1508,4 min nəfər olub, onlardan 881,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 627,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Femida.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, muzdla işləyənlərin 22,0 faizi təhsil, 19,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,9 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2018-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz artaraq 519,8 manat olub.

Femida.az

Açar sözlər: #maaş   #işçi   #statistika  

Oxunub: 3746