Gədəbəydən Sumqayıta satmağa kartof gətirən şəxs peşman oldu


01:53     16 Mart 2018 18_03_15_1521135950.jpg


Sumqayıtda yük maşınından xeyli miqdarda kartof oğurlanıb.


Femida.az xezerxeber-e istinadən bildirir ki, hadisə ötən gün gecə saatlarında şəhərin 9-cu mikrorayon ərazisində baş verib.

Gədəbəy rayon sakini Hörmət Hüseynov satış məqsədi ilə Sumqayıta gətirdiyi 1400 kq. kartof ötən gecə naməlum şəxs və ya şəxlər tərəfindən oğurlanıb. Zərərçəkmiş bildirir ki, öz həyətinin məhsulunu bir günə sata bilməyib.Yük maşınını keçmiş "Şərq bazarı" adlanan ərazidə saxlayıb və evə gedib. Səhər qayıdanda isə gözlərinə inanmayıb.

Hörmət Hüseynov ona ümumilikdə 1000 manatdan çox maddi ziyan vurulduğunu deyir. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #kartof   #Gədəbəy   #Sumqayıt   #oğurluq  

Oxunub: 1935