Hacıqabulda ağır qəza - 2 ölü, 4 yaralı


15:40     16 Mart 2018 qeza_yeni7.jpg

Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.


Femida.az-ın xəbərinə görə, Hacıqabulun Atbulaq kəndi ərazisində “Mercedes” markalı avtomobilin yolda təmir işləri aparan maşınla toqquşması nəticəsində iki qadının öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlardan biri “Mercedes”in sürücüsü, 3-ü isə avtomobildə olan azyaşlılardır.

Xəsarət alan uşaqlardan ikisinin vəziyyəti daha ağır qiymətləndirilir

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalan meyitləri çıxarıblar.

Femida.az

Açar sözlər: #Hadisə   #Qəza   #Qazax   #Hacıqabul  

Oxunub: 717