Avtobus gedə-gedə sürücü öldü - Goranboyda həyəcanlı anlar


20:01     16 Mart 2018 18_03_16_1521201671.jpg


Tovuz-Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusunun sürücüsü ölüb.

Hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində baş verib. Tovuz rayon sakini, Bayram Əsəd oğlu Vəlizadə idarə etdiyi sərnişin avtobusunda qəfildən ölüb. Onun ürəktutmadan öldüyü bildirilir. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./Report.az

Femida.az

Açar sözlər: #avtobus   #Goranboy   #kriminal   #ölüm  

Oxunub: 1208