Sərxoş sürücü maşını kanala aşırtdı - Zərdabda
00:47 17 Mart 2018
Zərdab rayonunda yol qəzası baş verib.
Femida.az ”Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan prospektində, H.Zərdabi adına parkın yanından keçən biristiqamətli yolda qeydə alınıb.
Belə ki, rayon sakini Bəhruz Qocayev idarə etdiyi "Opel” markalı avtomobillə hərəkətsiz vəziyyətdə olan rayon sakini Ceyhun Abdullayevə məxsus “Hyundai” markalı maşını vurub. “Hyundai” zərbənin təsirindən yol kənarındakı su kanalına düşüb və nəticədə avtomobilə 7 000 manat zərər dəydiyi müəyyən olunub. Hadisəni törədən B.Qocayevin qəza zamanı içkili olduğu bildirilir. Nəticədə onun maşınını sığortaladığı şirkət, hətta digər sürücü zərərçəkənin tələblərini yerinə yetirməkdən imtina edir.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 783
Oxşar xəbərlər
- Qadın sürücü ustanı əzdi - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
- Yol polisi sürücülərə çağırış edib
- DYP sürücülərə müraciət edib
- Bakıda beş nəfərin ölümünə səbəb olan 19 yaşlı sürücünün məhkəməsi başlayır
- "Baku Bus"un sürücüsü ürəyindən bıçaqlandı
- 6 nəfərin öldüyü qəza ilə bağlı ŞOK: Sürücülük vəsiqəsi olmayan sürücü görün kimdir
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Bu şəxslərin sürücülük hüququ əlindən alınacaq
- Paşinyanın avtomobil karvanının cinayət törədən sürücüsü cəzasız qalıb
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib