Prezident seçkiləri ilə bağlı bəzi prosedurlar başa çatır
19:45 17 Mart 2018
Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində bir sıra prosedurlar bu gün başa çatır.
Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsul idarələrində qeydə alınmış seçicilərin seçki dairələri üzrə seçici siyahılarına daxil edilməsi (seçicilərin sayı haqqında məlumatlar əsasında) və dəqiqləşdirilməsi, habelə həmin seçki dairələrinin siyahılarının təsdiq edilməsi proseduru martın 17-də yekunlaşır.
Bundan əlavə, səsvermə üçün qeydiyyatdan çıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına verilməsi müddəti martın 17-də bitir.
Seçicilərə müvafiq dairə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi proseduru da martın 17-də başa çatır.
Martın 17-də hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi, o cümlədən yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi proseduru tamamlanır.
Seçkilər günü səsvermənin yeri və vaxtı barədə KİV və ya məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi proseduru da martın 17-də bitir.
Oxunub: 482
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Ukrayna Prezident Ofisi "Amnesty International"ı sərt tənqid edib
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Şri-Lankada etirazçılar prezident iqamətgahını ələ keçirib