Bakıda şəhid lövhəsi təhqir olunub


22:05     18 Mart 2018 18_03_18_1521381974.jpg

Bakının Xəzər rayonunda Qarabağ şəhidlərinin şərəfinə yerləşdirilmiş xatirə lövhəsi təhqir olunub.


Femida.az bildirir ki, bu haqda oxu.az-a şəhidlərdən birinin oğlu Cəsarət Aslanov bildirib.

Söhbət Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan üç qardaşdan - Vidadi, Xəqani və Xasil Aslanovlardan gedir.



"Bir neçə gün öncə naməlum şəxs lövhənin önünə qoyulmuş gülləri qıraraq yandırıb. Daha sonra isə o, bir neçə fənəri sındıraraq daş üzərində xaç çəkib", - deyə Xəqani Aslanovun oğlu bildirib.

Baş vermiş hadisə Xəzər rayon Polis Bölməsi tərəfindən araşdırılır.

Femida.az

Açar sözlər: #şəhid   #bakı   #lövhə  

Oxunub: 3002