Oyun zamanı futbolçunun qolu qırıldı - VİDEO


16:08     19 Mart 2018 18_03_19_1521446766.jpg

Meksika çempionatının XII turunda “Krus Asul”la oyun zamanı “Pumas” komandasının futbolçusu Alexandro Arribas ağır zədə alıb.


Femida.az xəbər verir ki, matçın 11-ci dəqiqəsində rəqib oyunçu ilə mübarizə zamanı yerə yıxılan 29 yaşlı mərkəz müdafiəçisinin qolu qırılıb. Nəticədə ispaniyalı futbolçu matçı davam etdirə bilməyib.

Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.



Açar sözlər: #Video   #Futbol   #hadisə  

Oxunub: 830