Lənkəranda facəli ÖLÜM - Qadın təndirdə yandı


22:25     23 Mart 2018 2018/03/B5373EAE-E7B7-4D1A-91D0-CF5B6B977BA1_1521815313.jpeg

Lənkəranda 50 yaşlı qadın təndirdə yanaraq ölüb.

Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağıtəngivan kəndində baş verib. Kənd sakini Böyükxanım Talıb qızı Əliyeva təndirdə çörək bişirərkən ora yıxılıb.

B. Əliyeva aldığı yanıq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Lənkəran   #Təndir   #Ölüm  

Oxunub: 2287