Saxta pulla alış-veriş etmək istədi, tutuldu


19:08     26 Mart 2018 saxta%20pullar.jpg

Siyəzən Rayon Polis Şöbəsinə müraciət edən Ruslan Hacıyev şəhərdəki bazarda ona məxsus piştaxtaya yaxınlaşmış naməlum şəxsin orada satıcı işləyən qardaşı Rüstəmə 5 ədəd 100 manatlıq əskinas verərək balıq məhsulları aldığını, sonradan həmin əskinasların saxta olduğunu müəyyən etdiklərini bildirib.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, R.Hacıyev həmin saxta əskinasları polisə təqdim edib.

Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Təxirəsalınmaz tədbirlərlə saxta əskinaslarla alış-veriş etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhruz Nəcəfov olduğu məlum olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər: #Saxta   #pul  

Oxunub: 894