Şabranda oğurluq edən Sumqayıt sakinləri tutuldular - FOTOLAR
19:35 26 Mart 2018
Şabranda radiator və akkumulyator oğruları saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, martın 18-də Şabran rayon Uzunboyad kənd sakini Yasin Əsgərov RPŞ-yə ərizə ilə müraciət edərək rayonun Məliklər kəndində ona məxsus olan kənd təsərrüfatlarının saxlanc yerindən ümumi dəyəri 1000 manata yaxın olan avtotexniki avadanlığın naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Ruslan Cəfərquliyev, Elvin İmamverdili və İlkin Verdiyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər. Ogurladıqları radiator və akkumulyatorlar maddi sübut kimi onlardan götürülüb.
Faktla bağlı barələrində Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 1217
Oxşar xəbərlər
- Zərdabda silsilə oğurluqda şübhəli bilinən 3 qadın və 1 kişi saxlanılıb
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanılıb
- Bakıda qadının çantasından oğurluq edən şəxs saxlanılıb
- Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb
- Ağdamda mağazadan oğurluq edilib
- Şirvanda çörəkbişirmə sexindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Ötən ay Sabunçuda narkotik satan və oğurluq edən 117 nəfər saxlanılıb
- Bakıda evdən oğurluq edilib
- Ağdaşda əcnəbi evdən oğurluq edib